"Uduzduğumuzla barışdıq, çünki biz əlimizdən gələni etdik"

“Komandada əhval-ruhiyyə yaxşıdır. Çempionata hazırlaşırıq və ilk oyunda uğur qazanmaq istəyirik” -Sportinfo.az xəbər verir ki, bu sözləri sport24.az-a açıqlamasında “Qəbələ”nin surinamlı yarımmüdafiəçisi Dion Malone deyib. 

 

O, Topaz Premyer Liqasının 2017/2018 mövsümünün açılış matçında üz-üzə gələcəkləri “İnter”lə oyundan danışıb. Malone rəqibi hələ ki, görmədiyini bildirib: “Sadəcə, eşitmişəm ki, Azərbaycanın ən yaxşı komandalarından biridir.

 

Bu il avrokuboklarda oynayıblar. Görünür ilk matç çox çətin keçəcək. Amma biz hazırıq. Sözün düzü rəqibin oyununu görməmişəm. Yəqin sabah onları izləyərik”.

 

Əcnəbi futbolçu Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Panatinaikos”a məğlubiyyəti unutduqlarını sözlərinə əlavə edib:

 

“O məğlubiyyəti unutmuşuq. Artıq uduzduğumuzla barışdıq. Biz əlimizdən gələni etdik, lakin rəqib çox güclü idi. Layiqli qələbə qazanıb növbəti mərhələyə adladılar”.

 

Malone “Qəbələ”nin çempion olmaq ehtimalından danışıb: “Hələ ki, çempionat yeni start götürür. İndidən nəsə demək çətindir. Bilirəm ki, “Qəbələ” heç vaxt çempion olmayıb. Bu mövsüm əlimizdən gələni edəcəyik”.

Tarix: 9 Avqust 18:48    Oxunub: 356    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.