Rəşad Sadıqov: "Əsas heyətdə oynamaq üçün hamı alışıb yanır"

Çempionlar liqasının pley-off mərhələsində “Qarabağ” Danimarkanın “Kopenhagen” klubu ilə görüşəcək. Sportinfo.az xəbər verir ki, ilk oyun avqustun 15-i saat 20:00-da Bakıda keçiriləcək.

 

Komandanın kapitanı Rəşad Sadıqov matçla bağlı ona aid “feysbuk” səhifəsində belə bir açıqlama yayıb:

 

““Kopenhagen”lə oyunlar çətin olacaq. Rəqibin bu turnirdə kifayət qədər təcrübəsi var. Yaxşı komandadır, hava mubarizələrindən çox təhlükəlidirlər. Bu elə bir mərhələdir ki, hər bir nəticə qeydə alına bilər.

 

Sona qədər vuruşub yaxşı nəticə qazanmaq lazımdır. Çox saylı gələn mesajlardan dolayı start heyətdə kimin oynayıb oynamayacağını ancaq baş məşqçi qərar verə bilər.

 

Heyətdə kifayət qədər yaxşı futbolçular var. Start heyətində oynamaq üçün hamı alışıb yanır. Kim özünü yaxşı tərəfdən göstərəcək, o da oynayacaq”.

Tarix: 9 Avqust 18:12    Oxunub: 571    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.