Ukraynalılar Azərbaycanı niyə sevir?

Azərbaycan ukraynalı futbolçuların ən çox üz tutduğu ölkələr sırasındadı. Sportinfo.az-ın məlumatına görə, Ukrayna mətbuatı futbolçularının legioner həyatı yaşadığı ölkələrlə bağlı araşdırma aparıb.
 
Buna Lixtenşteynin “Vaduts” klubuna keçən Marko Deviç səbəb olub. Cırtdan ölkə ukraynalılar üçün yeni məkan – 61-ci ölkə kimi tarixə düşüb.
 
Milliləşən serbiyalını da özlərinki kimi qəbul edən Ukraynadan olan həmkarlarımız ən çox futbolçu ilə təmsil olunduqları ölkələri də müəyyənləşdirib. İndiyədək dünyanın 6 ölkəsində 100-dən artıq ukraynalı oynayıb.
 
Azərbaycanda indiyə qədər 101 ukraynalı futbolçu çıxış edib. Bu, həmkarlarımızın hesablamasıdı və bütün liqalarda oynayan həmyerlilərinin ümumi sayıdı. Ölkəmiz bu göstəricidə 6-cıdı.
 
Ukraynalıların sevimli məkanları sırasında 1-ci yeri təbii ki, bölgənin ən güclü çempionatına malik Rusiya tutur. Bura 428 oyunçu ezam olunub.
 
Belarusda 243, Moldovada 196, Qazaxıstanda 186, Polşada 122 ukraynalı çıxış edib. Azərbaycan da yalnız bu ölkələrdən geri qalır.
 
Avropanın yalnız 11 ölkəsində təmsil olunmayan Ukrayna Asiya, Afrika, Amerika qitələrinə də futbolçu göndərməsi ilə diqqət çəkir (apasport.az).

Tarix: 9 Avqust 18:00    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.