Rauf Əliyevin Albaniya klubunu az pula seçib ki…

“İnter”dən ayrılan Rauf Əliyevin “Kukesi” ilə müqavilə imzalayacağı tarix bəlli olub. Robert Prosineçkinin son vaxtlar milliyə çağırmadığı hücumçu avqustun 11-də Albaniyaya yollanacaq və rəsmi sözləşməyə qol çəkəcək. 


Komandanın yeni baş məşqçisi Mladen Milinkoviç Raufdan başqa daha bir forvardın komandaya cəlb edilməsini istəyib. Bu, “Vlazniya”dan Elis Bakay olacaq.


Sportinfo.az-ın məlumatına görə, Əliyevin "Kukesi"yə keçidinə AFFA rəsmiləri vasitəçilik edəcək. Albaniya çempionu ona 5000 avrodan aşağı maaş verəcək.

 

Əslində, Raufun bu ölkəyə yollanmasında səbəb pul deyil. Məqsədi "Kukesi"dən bir başqa Avropa ölkəsinə, imkan yaranarsa, İtaliyaya keçməkdi. 

Tarix: 9 Avqust 17:12    Oxunub: 857    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.