“Qarabağ” qrupda harda oynayacaq? - Olimpiya stadionu, yoxsa...

“Qarabağ” bu ilin sonuna kimi Avropa kuboklarında ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Sportinfo.az xəbər verir ki, Ağdam klubu mövsümün əvvəlindən məhz bu arenanı UEFA-ya sifariş verib.

 

Klubun baş meneceri Asif Əsgərov qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, görünən budur ki, əgər komanda Çempionlar Liqasının qrupuna düşsə, rəqiblərini Respublika stadionunda qəbul edəcək:

 

“Bəzən mətbuatda ehtiyat, əvəzedici meydança kimi fikirlər səslənir. Əslində bu kökündən yanlış ifadədir. Çünki UEFA-nın heç vaxt “ehtiyat meydança” dəyə bir tələbi olmayıb. Qitənin ali futbol qurumuna ilk gündən ev oyunlarını keçirəcəyin bir stadionunun adını qeyd etməlisən.

 

Bu il də biz Respublika stadionunu UEFA-ya sifariş etmişik. Hal-hazırda pley-offun 1, qrup mərhələsinin (Çempionlar Liqası və ya Avropa Liqası) isə 3 ev oyununu qəbul etmək üçün Tofiq Bəhramov adına Respublika stadionunda ciddi işlər gedir”.


Bəs “Qarabağ”ın rəqiblərini Azərbaycanın ən böyük idman arenası – tamaşaçı tutumuna görə Respublika stadionunda ən azı iki dəfə böyük olan Bakı Olimpiya Stadionunda qəbul etməsi mümkündürmü?

 

Asif Əsgərov bununla əlaqədar qeyd edib ki, arenanı dəyişmək üçün klub bir müddət əvvəldən bu haqda UEFA-ya məlumat verməli, arenanı hansı səbəbdən dəyişdirdiyini tutarlı səbəblə əsaslandırmalıdır: “Qeyd etdiyim kimi, aparılan texniki işlərin də gedişatı göstərir ki, oyunlarımızı Respublika stadionunda keçirəcəyik. UEFA-nın tələbinə əsasən, qrupun bütün matçları eyni arenada olmalıdır. Biz də ilk gündən UEFA-ya “Tofiq Bəhramov”u sifariş etmişik”.

 

Əlavə edək ki, “Qarabağ” Respublika stadionunu beynəlxalq oyunlar üçün daha əlverişli sayır. Komanda uzun illərdi avrokuboklarda ev matçlarını məhz bu arenada keçirir. Yəni həm komanda, həm də oyunlara hazırlıq baxımından klubun texniki personalı üçün da bu arena əlverişlidir.

 

Bundan başqa, məhz “Qarabağ” klubunun himayəçiliyi ilə Respublika stadionunun ot ortüyü yaxşı vəziyyətə gətirilib. Bir çox azarkeş komandalarını oyunu Bakı Olimpiya Stadionunda görmək istəsə də, etiraf etmək lazımdır ki, bu arenanın həm ot örtüyü, həm də digər texniki şərtləri “Qarabağ”a üçün uyğun deyil.

Tarix: 9 Avqust 15:48    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.