Azərbaycanda daha bu adda klub fəaliyyət göstərməyəcək!

“Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq, “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən AFFA klubu kənar idarəçiliyə götürüb və Premyer Liqada, Avropa Liqası oyunlarında iştirakını təmin edib”.
 
Sportinfo.az xəbər verir ki, bu sözləri Zaur Axundov deyib. Paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri klubun rəsmi saytına açıqlama verib.
 
O, “İnter”in adının dəyişdiriləcəyini təsdiqləyib: “Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Bununla əlaqədar olaraq, klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq, “Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranıb.

 

Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır.

 

Belə ki, baza Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər oyunlarımıza gələrək, komandaya dəstəklərini nümayiş etdirəcəklər”.
 
Axundov vurğulayıb ki, hüquqi prosedurlar başa çatana qədər “Keşlə” FK adından brend olaraq istifadə edəcəklər: “Prosedurlar yekunlaşdıqdan sonra klub tam olaraq “Keşlə” adı ilə fəaliyyət göstərəcək”.

Tarix: 9 Avqust 11:36    Oxunub: 529    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.