Türkiyənin Super Liqa klubu azərbaycanlı futbolçu transfer etdi

"Transferim türk məşqçi Salih Özbirin sayəsində baş tutdu. 1 ildir ki, mənim oyunlarımı izləyirdi. Oyunumu bəyəndiyi üçün "Yeni Malatyaspor"a məsləhət görüb. Onlar da oyunlarıma baxdıqdan sonra transfer baş tutdu".
 
Sportinfo.az xəbər verir ki, bu fikirləri sportal.az-a verdiyi açıqlamada Türkiyənin "Yeni Malatyaspor" klubuna transfer olan azərbaycanlı qapıçı Elnur Orucov səsləndirib.
 
Gənc qolkiper hədəfinin Super Liqa təmsilçisinin əsas komandasına yüksəlmək olduğunu bildirib: "Yeni Malatyaspor"un əsas komandası ilə müqavilə imzalamışam.

 

Amma düşünürəm ki, hələ əvəzedici heyətlə oynayacam. Əslində məqsədim əsas komandada oynamaqdı. Hamı bilir ki, Türkiyə Super Liqasında oynamaq asan deyil. Mən məşqlərimiz edib öz şansımı gözləyəcəm".
 
19 yaşlı "əlcək sahibi" rəqabətdən çəkinmədiyini deyib: "Komandanın digər qapıçıları ilə rəqabət aparmaq çətin olacaq. Belə təcrübəli qolkiperlərlə bir yerdə olmaq mənim üçün bir fürsətdi. Amma mən özümə inanıram. Hər şeyin yaxşı olmağı öz əlimdədi".
 
Elnur Orucov hədəflərinin böyük olduğunu qeyd edib: "İlk dəfədi legioner həyatı yaşayacam. Bu həm çox gözəl hissdi, həm də karyeram üçün önəmlidi. Komandada mənə münasibət yaxşıdı. Bir az ailəm, dostlarım üçün darıxıram. Amma məqsədim və hədəflərim böyükdü. Darıxmağa görə vətənə qayıtmağı düşünmürəm".

Tarix: 9 Avqust 00:34    Oxunub: 990    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.