Millimizin hücumçusu “Kukesi”ylə razılığa gəldi - TRANSFER

"İnter"lə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev karyerasını ölkə xaricində davam etdirəcək. Sportinfo.az xəbər verir ki, millimizin forvardı Albaniyanın "Kukesi" klubuna keçib.

 

Bu barədə məlumatı Albaniya mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun “Kukesi”ylə razılığa gəldiyi, avqustun 11-də bu klubun düşərgəsinə qatılacağı qeyd edilib.

 

28 yaşlı futbolçu bir müddət öncə ölkə mətbuatına açıqlamasında “İnter”dən ayrıla biləcəyini bildirmişdi.

 

“Kukesi” son Albaniya çempionudu. Kukesi şəhərinin təmsilçisi Çempionlar Liqasının cari mövsümündə 2-ci təsnifat mərhələsində “Şerif”ə uduzaraq, mübarizəni dayandırıb (2:1, 0:1).

Tarix: 8 Avqust 23:36    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.