Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir

Kişi boksçulardan ibarət yığma dünya çempionatına hazırlığı davam etdirir. Boks Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, Leonid Loivskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub. 


Sabah isə hazırlığın son mərhələsinə start veriləcək. Yığma məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçirəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edəcəklər.


Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidir. Abdullayevin müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.


Üçüncü mərhələ başa çatdıqdan sonra yığma dünya çempionatının keçiriləcəyi Almaniyanın Hamburq şəhərinə yollanacaq. Avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq. 

Tarix: 8 Avqust 23:24    Oxunub: 72    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.