Market Binəqədi-Novxanı yolunda velosiped yolunu zəbt etdi - VİDEO

Yeni çəkilən velosiped zolağının üzərində avtomobil dayanacağı salıblar. Nəticədə velosipedçilər yolun hərkət hissəsindən keçmək məcburiyyətində qalıblar. 

 

Sportinfo.az xəbər verir ki, görüntülər Binəqədi-Novxanı yolundandı.Yolun kənarında yerləşən "Favorit" market velosiped zolağını zəbt edib. Marketə alış-verişə gələnlər avtomobili düz zolağın üzərində saxlayırlar. Nəticədə də velosipedçilər yolun əsas hissəsinə çıxırlar ki, bu da onlar üçün təhlükəlidir.

 

Hətta velosiped zolağının silinərək yerində parklanmanın olduğunu bildirən zolaqlar çəkilib. Bu isə velosipedçilərin narazılığına səbəb olub. Məsələ ilə bağlı həmin marketin müdiri Elnur Abışov deyir ki, piyada zolağını qısa zamanda təmizləyəcəklər. Bundan sonra velosiped zolağı bərpa olunacaq.

 

Tarix: 8 Avqust 11:36    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.