Millimiz 2016-cı ili 90-cı pillədə başa vurdu

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Sportinfo.az xəbər verir ki, 2016-cı ilin son siyahısında ciddi dəyişikliklər olmayıb. Cədvəldə cüzi dəyişikliklər olub.

Ötən siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisi 386 xalla 90-cı yerdə qərarlaşıb. Robert Prosineçkinin yetirmələri bununla da mövqeyini qoruyub.
 
Düzdü, üç pillə irəliləyən Zambiya Azərbaycanı arxada qoyub. Əvəzində 11 pillə geriləyən Antiqua və Barbudanın enişi yığmamızı mövqeyində saxlayıb. Beləliklə, komandamız 2016-cı ili ilk “yüzlük”də - 90-cı pillədə başa vurub.
 
 

Millimiz və “qonşular”ı

85 (86). Liviya – 417

86 (87). Ermənistan – 412
87 (88). Qətər - 411
88 (91). Zambiya - 401
89 (89). Keniya - 395
90 (90). Azərbaycan - 386
91 (91). Toqo – 385
92 (101). Ruanda - 373
93 (82). Antiqua və Barbuda – 370
94 (93). Finlandiya – 368
95 (95). Boliviya - 359
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.
 
İlk “onluq”
1 (1). Argentina – 1634
2 (2). Braziliya – 1544
3 (3). Almaniya – 1433
4 (4). Çili – 1404
5 (5). Belçika – 1368
6 (6). Kolumbiya – 1345
7 (7). Fransa – 1305
8 (8). Portuqaliya – 1229
9 (9). Uruqvay – 1187
10 (10). İspaniya – 1166
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun mövqeyi dəyişib. Digərlərinin mövqeyi isə dəyişməz qalıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1433
32 (32). Şimali İrlandiya - 767
43 (43). Çexiya - 671
83 (83). Norveç - 422
202 (201). San-Marino – 17

Tarix: 22 Dekabr 16:35    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.