Azərbaycan millisi Avropada sondan 3-cü oldu - FİASKO!

Estoniyanın paytaxtı Tallində keçirilən 18 yaşadək basketbolçulardan ibarət millilərin Avropa çempionatı (B divizionu) başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, C qrupunda bütün matçlarda məğlub olmuş yığmamız təsəlliverici yarışlarda 2 oyun uduzub, 1 oyunda qalib gəlib.

 

Samit Nuruzadənin yetirmələri XVII-XXIV yerlər uğrunda oyunda İsveçrəyə 58:60 uduzub. Sonra U-18 millimiz XXI-XXIV yerlər uğrunda oyunda Lüksemburq üzərində turnirdəki yeganə qələbəsini qazanıb - 73:69.

 

Komandamız dünən Albaniyaya 56:69 uduzaraq XXII yeri tutub. Millimiz qitə birinciliyində yalnız Lüksemburq və İrlandiyanı qabaqlaya bilib.

 

Yeri gəlmişkən, turnirin qalibi Böyük Britaniyanı 90:84 məğlub edən Xorvatiya olub. III yeri meydan sahibləri Estoniya tutub.

 

Avropa çempionatlarında aşağı yaş qruplarından ibarət millilərimiz arasında ən yaxşı nəticəni U-16 yığmamız göstərib.

 

Onlar Andorrada sonradan çempion olan Ermənistana uduzsalar da, C divizionunda bürünc medallara yiyələniblər. U-20 millimiz isə Rumıniyada keçirilmiş B divizionunda yalnız Maltanı qabaqlayaraq XIX olub.

Tarix: 7 Avqust 10:12    Oxunub: 348    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.