"Doğru adamlarla işləyirəm"

“Ferrari”nin sürücüsü Sebastyan Fettel əsas məqsədinin qalan yarışlarda “Mersedes”i təmsil edən həmkarlarını önə buraxmamaq olduğunu deyib.

 

Sportinfo.az xəbər verir ki, almaniyalı pilot mövsümün ilk yarısında 4 dəfə qalib gəlib və sadəcə 3 yarışda podiumdan uzaq qalıb. F-1.az-a görə, 4-qat dünya çempionu rəqabət başlayandan bəri öncüllüyünü itirməyib.

 

“Komanda bu il daha yaxşı vəziyyətdədir. Əgər yaxşı nəticələr qazanmaq üçün tempiniz varsa, bunu davam etdirmək sizin əlinizdədir. Doğru adamlarla işlədiyimizi bilirəm. Onlar bilirlər ki, güclü bolidi necə düzəltmək lazımdır. Bu il mühərriyi təkmilləşdirdik. Hər şey doğru yöndə gedir.

 

Görək tətildən sonra necə olacağıq. Ümid edirəm ki, öndə olarıq və yaxşı xallar qazanarıq. Mercedes-in üstün olduğu bəzi traslar var. Bəzən geridə qalırıq, lakin zəif yönlərimizi bilirik.

 

Trasdan-trasa dəyişməsi labüd olsa da, bunu istəmirik. Hər trasda güclü olmaq istəyirik və bunun üzərində işləyirik. Vaxtımız var” – deyə, Sebastyan Fettel əlavə edib.

Tarix: 7 Avqust 01:00    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.