"Sizin Allahınız budur?"

Əfsanəvi futbolçu Dieqo Armando Maradona tənqid hədəfinə çevrilib. Sportinfo.az saytı xəbər verir ki, buna Argentina yığmasının sabiq baş məşqçisinin sosial şəbəkədəki paylaşdığı şəkil səbəb olub.
 

Maradona nəsli kəsilməkdə olan ağ oriks antilopunun balasını ovladıqdan sonra bir əlində tüfəng, digərində isə ölmüş heyvanı tutaraq şəkil çəkdirib. Həmin fotonu “twitter”də paylaşması isə əksəriyyət kimi, Daniella Çavesi də özündən çıxarıb.
 
Məşhur çilili model Maradonaya qarşı çıxaraq, onu bu hərəkətinə görə ittiham edib. O, həmin fotonu paylaşıb, “Argentinalılar, sizin Allahınız budu? Uşaqlara pis nümunə olan birini necə ilahiləşdirirsiz?” fikirlərini yazıb.
 
Təbiətin Beynəlxalq Mühafizəsi İttifaqı adı 1980-ci ildə “Qırmızı kitab”a düşən ağ oriks antilopunun qorunmasına xüsusi fikir verir.
 
Maradona ekzotik heyvanları ovlamağa görə ittiham edilən ilk sabiq futbolçu deyil. “Barselona”nın keçmiş ulduzu Xristo Stoiçkov da vaxtilə eyni addımı ilə diqqət mərkəzinə düşüb.

Tarix: 22 Dekabr 16:47    Oxunub: 430    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.