Vladimir Kliçko peşəkar boksçu karyerasını başa vurdu

Ukraynalı boksçu Vladimir Kliçko peşəkar karyerasını başa vurub. Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.


Belə ki, 2017-ci il noyabrın 11-də britaniyalı Entoni Coşua ilə revanş qarşılaşması keçirməyi planlaşdıran 41 yaşlı idmançı gözlənilmədən fikrini dəyişib və peşəkar boksçu karyerasını sonlandırıb.

 

O, E.Coşuaya bu il aprelin 29-da “Uembli”də baş tutan döyüşdə uduzub. Kliçko peşəkar rinqdə 69 görüş keçirib. O, 64 döyüşdə (53 nokaut) qalib gəldiyi halda, 5 dəfə uduzub. Ukraynalı idmançı 1996-cı il Yay Olimpiya Oyunlarının qalibidi.

 

41 yaşlı boksçu superağır çəkidə Beynəlxalq Boks Təşkilatının (WBO, 2000-2003, 2008-2015), Beynəlxalq Boks Federasiyasının (IBF, 2006-2015) və Dünya Boks Assosiasiyasının (WBA, 2011-2015) versiyaları üzrə dünya çempionudu.

Tarix: 3 Avqust 15:12    Oxunub: 71    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.