Ürəyimizi partlatma, Kamran!

Dünən Portuqaliya Premyer Liqasının XVII turundə “Benfika” ilə “Boavişta” üz-üzəgəldi. 3:3 bitən oyundan sonra millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə insident yaşandı. 75-ci dəqiqədə sarı vərəqə alan Ağayev insidentin əsas iştirakçısı olduğu üçün matç başa çatdıqdan sonra baş hakim Luiş Ferreyra tərəfindən ikinci "sarı" ilə cəzalandırıldı. 


"1 nörmə"nin Lissabondakı matç bitəndən sonra meydanın mərkəzində iki oyunçu - Luizao və Jardellə "söz atışması" oldu. Onu Emin Mahmudov və komanda yoldaşları güclə sakitləşdirdi. Bununda da, Ağayevin komandasının növbəti oyununda iştirak etməyəcəyi dəqiqləşdi. 


Portuqaliya Futbol Federasiyasının oyunda qeydə alınan vərəqələrə görə hər iki klubu cəzalandıracağı dəqiqdi. İnsidentin əsas iştirakçısı olan Ağayevə əlavə cəza veriləcəyi də gündəmdədi. Ehtimal edilir ki, “Benfika”nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb. 


Dünənki davanın səsi bu gün çıxdı. Bir neçə saatdı ölkə mediası Kamranın artıq Azərbaycana qayıtdığını yazır. Sabah "Neftçi" ilə müqavilə bağlayacağı iddiası yerə-göyə sığmır. Ancaq olanlar düşünməyə əsas verir ki, millimizin əsas qapıçısını qara günə qalan "Neftçi"də görək.  


"Eştadiu da Luj" stadionuna dünən 35-40 min azarkeş toplaşmışdı. Lissabonun mərkəzi arenasına əsl futbol atmosferi çökmüşdü. Ab-hava, ümumiyyətlə, mükəmməl idi. Bizdə - Azərbaycan çempionatına, millinin oyunlarına bu qədər adam gəlmir. "Neftçi"ni ilboyu izləyənlərin sayı heç bu rəqəmin yarısına çatmır.

 

Kamran israrla dönüş bileti almağa cəhd edir - Azərbaycanı Azərbaycandan kənarda təmsil eləyən ən yaxşı legionerimiz əqli inkişafdan geri qalıb… Demək düzgün olmazmı?


Davanın düşmə səbəbi dəqiq məlum deyil. Ehtimallar çoxdu, bunların üzərində dayanmağa isə dəyməz. Fikir yüz yerə gedir, amma Kamran "Boavişta"dan getməməlidi. Qalmalıdı, Azərbaycanın ən güclü reklam ruporu olmalıdı.

 

Vətən qaçmır, yerindədi. Bura hər zaman dönmək olar. Özünə bomba bağlayıb Ermənistanı partlatmağa hazır olduğunu iddia edən Kamrana inanmıram mən. Deyəsən, azərbaycanlı futbolsevərlərin ürəyini birinci partlatmaq istəyir. Dönüş qərarı bu demək olar.


VÜQAR

Tarix: 15 Yanvar 19:09    Oxunub: 1931    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.