5 taekvondoçumuz Qran-pri turnirində iştirak edəcək

Taekvondo üzrə Qran-pri turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.


Qran-pri əvvəlcə avqustun 4-6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Daha sonra turnir müvafiq olaraq Mərakeş, Böyük Britanıya və Kot dİvuarın paytaxtlarında təşkil ediləcək.

 

G4 kateqoriyalı beynəlxalq yarışda qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.

Tarix: 2 Avqust 17:00    Oxunub: 56    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.