Kamran Ağayevin dava-dalaşından sonra: "Öldürə" bilərdik"

"Benfika" ilə oyuna çox yaxşı başladıq. Bizim strategiyamız ona hesablanmışdı ki, rəqibin zəif nöqtələrindən istifadə etməliyik" - Sportinfo.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdikləri "Boavişta"nın baş məşqçisi Migel Leal bildirib.

 

Portuqaliya çempionatının son turunda lider "Benfika" ilə səfər matçında hesabda 3:0 irəlidə olan qonaqlar sonradan 3 qol buraxaraq heç-heçə ilə kifayətlənməli olub. Leal matça qələbə inamı ilə başladıqlarını söyləyib: "Hesabı 3:0 xeyrimizə edəndə çox sevincli idik. "Benfika" ayılandan sonra oyunu balanslaşdırmağa başladı.

 

Ola bilər ki, daha artıq qol vurmaq istəyi əvəzinə hesabı qorumağı daha çox düşünürdük. Rəqib isə artırırdı. Bu, həqiqətdir ki, oyunu "öldürə" bilərdik. Ancaq "Benfika"nın da şansları vardı və öz məqsədinə doğru irəliləyirdi. Ümumilikdə götürəndə, nəticə məntiqəuyğun oldu".    

 

Baş məşqçi hesab edir ki, qarşılaşma onlar üçün yaxşı sınaq olub: "Fikrimcə, oyun bizə müsbət cavab verdi. Ancaq onu da başa düşürəm ki, hələ artırmalıyıq. Komandamız öz məqsədinə tez çatmaq üçün işləyir. Daha yaxşısına nail olmalı, ötən mövsümkündən daha yaxşı təsir bağışlamalıyıq. Buna görə də turnir cədvəlində lider klublardan biri mövqeyinə qaytarmaq üçün mübarizəmizi davam etdirməliyik".

Tarix: 15 Yanvar 14:12    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.