Bu gün Bakıda atıcılıq üzrə Avropa çempionatı davam edəcək

Bu gün Bakıda atıcılıq üzrə Avropa çempionatının onuncu gününün yarışları start götürəcək. Sportinfo.az xəbər verir ki, çempionatın onuncu gününə kişilər arasında 300 metr məsafəyə tüfəngdən atəş açma yarışı ilə start veriləcək.

 

Günün ilk yarısında bundan əlavə qadınlar arasında 300 metr məsafəyə tüfəngdən atəş açma yarışı, kişilər və yeniyetmə oğlanlar arasında 25 metr məsafədən standart tapancadan atəş açma yarışı və qismən kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar baş tutacaq.

 

Günün ikinci yarısında kişilər arasında 300 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atəş açma, kişilər arasında 25 metr məsafədən iriçaplı tapancadan atəş açma və 300 metr məsafədən tüfəngdən atəş açma üzrə qarışıq yarışlar baş tutacaq.

 

Bundan əlavə günün kinci yarısında kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar davam edəcək. Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər sürəcək.

Tarix: 30 İyul 13:12    Oxunub: 335    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.