Azərbaycan boksçuları dünya çempionatına hazırlığı davam etdirir

Azərbaycanın kişi boksçulardan ibarət millisi dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

 

Sportinfo.az xəbər verir ki, yığma məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcəklər. Toplanışa 9 boksçu cəlb olunub. Onlardan 5-i mundialda iştirak edəcək idmançılardır. Bu mərhələ avqustun 8-də başa çatacaq.


Dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.

Tarix: 29 İyul 08:00    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.