Firdovsi Fərzəliev Polşada dünya oyunlarının qalibi oldu

Azərbaycan millisinin öncüllərindən Firdovsi Fərzəliev (60 kq) dünya oyunlarının qalibi olub. Sportinfo.az xəbər verir ki, Polşanın Vroslav şəhərində 0, əmsalda birinci, iranlı Əmir Mehdizadəni 4:2 hesabı ilə məğlub edərək karyerasında növbəti uğuru qazanıb.

 

Dünya Karate Federasiyasının rəsmi səhifəsində (WKF) həmyerlimizin döyüşləri haqqında qeydlər var. Onu bu çəkidə gözlənilməz nəticələrdən biri adlandırsalar da, Firdovsinin son illər rəsmi yarışlarda yüksək səviyyədə çıxış etməsi, 60 kq-da da Azərbaycan karateçilərinin yüksək əyarlı medallara iddialı olmasının göstəricisidir.

 

Bu nəticə ilə Azərbaycan dünya oyunlarının karate yarışlarında ilk gün 12 medal qazana bilən ölkə arasında Yaponiya və Fransa ilə birgə liderliyi bölüşür. 26 iyulda daha bir idmançımız, Ayxan Mamayev tatamiyə çıxacaq.

 

AMKF-nin media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun yaydığı xəbərə görə, son dünya çempionatının nəticəsi müqabilində dünya oyunlarına olunan Rafael Ağayaevin (75 kq) zədəsi, onun bu mötəbər yarışda mübarizə aparmasına imkan verməyib.

Tarix: 27 İyul 09:00    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.