Rusiyalı legioner Azərbaycan vətəndaşlığını qəbul etdi - FOTO

“Synergy Baku” komandasında çıxış edən rusiyalı velosipedçi Kirill Pozdnyakov Azərbaycan vətəndaşlığını qəbul edib. Sportinfo.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

 

“Biz, tezliklə 2017-ci il mövsümü üçün tam heyətimizi elan edəcəyik, lakin bizim bir böyük xəbərimiz var: Kirill Pozdnyakov komandada qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edib”, - deyə məlumatda bildirilir.

 

Pozdnyakovun 27 yaşı var. O, “Synergy Baku”da karyerasına 2013-cü ildə başlayıb, 2014-2015-ci illərdə "Rusvelo" komandasının şərəfini qoruyub. 2016-cı ildə Azərbaycan komandasına qayıdıb.

Tarix: 14 Yanvar 20:48    Oxunub: 335    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.