Bakıda adam öldürən çempion barəsində cinayət işi başlandı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina barəsində cinayət işi başlanılıb. Sportinfo.az xəbər verir ki, faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib.

 

Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarında həndbol üzrə çempion olub. Onun barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq. Hadisə iyulun 20-də Yasamal rayonunda baş verib.

 

Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Şubina Lyudmila Yeqorovna idarəetməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub.

 

Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ü.Məmmədova bir neçə gündən sonra xəstəxanada ölüb, oğlu isə evə buraxılıb. 

Tarix: 25 İyul 14:48    Oxunub: 259    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.