"Bunun qərəzdən başqa adı varsa, siz yazın, mən də elə adlandırım"

Topaz Premyer Liqasıın 14-cü turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" matçından sonra qonaqların baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, mütəxəssis Ömər Paşayevi "ağ yuyub, qara sərdi". 

 

- Rəqib komandanı təbrik edirəm. Fərqlənmək üçün imkanlarımız oldu. Ancaq ilk dəfə hakimlik barədə danışacam. Birinci dəfə deyil ki, Ömər Paşayev komandamıza qarşı qərəz nümayiş etdirir. Uşaqlara bu cür hava şəraitində mübarizə apardıqları üçün təşəkkür edirəm.

 

- Hücumçu sarıdan korluq çəkməyiniz aşkar sezilir. Bu problemi fasilədə aradan qaldıracaqsınızmı?
- Danışıqlar gedir. Ancaq imkanlarımız olduqda da hakim gülməli qərar verir. Cərimə meydançasında oyunçu əliylə oynayır, cərimə zərbəsi təyin edir, sarı vərəqə göstərmir. Bunun adı qərəzdi! Başqa adı varsa, siz yazın, mən də elə adlandırım.

Tarix: 18 Dekabr 02:14    Oxunub: 651    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.