Avropa çempionu adını qazanan ilk azərbaycanlı - FOTO

Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən Azərbaycanın stolüstü tennisçiləri yarışları böyük uğura başa vurublar.

 

Sportinfo.az xəbər verir ki, xəbər verir ki, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yer tutaraq qızıl medalın sahibi olub.

 

Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazalılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.


Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb. Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdırlar.

Tarix: 25 İyul 08:12    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.