Bakıda narkotika alıb-satan dünya çempionu ilə bağlı hökm

Narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən dünya çempionu Renad Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. 

 

Sportinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Renad Əliyev karate üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidi. 

 

R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.

Tarix: 22 İyul 18:00    Oxunub: 379    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.