Azərbaycan yığması Avropa çempionatında uğursuz çıxış etdi

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığma komandası Avropa çempionatında uğursuzluqla üzləşib. Sportinfo.az xəbər verir ki, B divizionunda mübarizə aparan milli indiyədək keçirdiyi bütün görüşləri uduzub.


Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Rusiyaya 56:85, Slovakiyaya 78:86, Böyük Britaniyaya 68:111 və Hollandiyaya 54:85 hesabı ilə yenilərək, yer aldığı B qrupunda sonuncu olub.


Azərbaycan qrup sonuncularının iştirak etdiyi 17 - 21-ci yerlər uğrunda mübarizədə də inamsız təsir bağışlayıb və Ermənistana məğlub olub - 80:82. 21 komandanın iştirak etdiyi çempionatda sonuncu olmamaq üçün hələlik müəyyənləşməyən rəqiblə qarşılaşmadan qalib ayrılmaq lazımdır.

Tarix: 21 İyul 17:36    Oxunub: 407    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.