Bakıda çempion avtomobili ilə ana və oğlunu vurdu VİDEO+FOTOLAR

Həndbol üzrə olimpiya çempionu avtomobili ilə ana və oğlunu vurub. Sportinfo.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 

 

Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub.

 

Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan "report"a verilən məlumata görə, Ü.Məmmədova 1-ci dərəcəli koma vəziyyətindədi. Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Hadisəni törədən sürücü Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub. Onun avtomobili cərimə meydançasına yerləşdirilib.

 

 

Tarix: 20 İyul 14:00    Oxunub: 673    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.