Baş katib: "Qadın yığmamızın problemlərini həll edirik" - VİDEO

Qadın ağırlıqqaldıranlardan ibarət yığmamız Astarada AAAF Park təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. Sportinfo.az xəbər verir ki, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.

 

Komandamız gündə 2 dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. Sentyabrın 22-30-da Kosovoda keçiiləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15-22 oktyabrda Albaniyada təşkil olunacaq gənclərin Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.

 

AAAF-nin baş katibi Rizvan Rəsulov da eyni fikirdədir. O, idmançılar üçün bütün lazımi şəraitin yaradıldığını, qidalanma, istirahət, məşq imkanlarının təmin edildiyini qeyd edib, komandamıza inamını ifadə edib: “Təlim-məşq toplanışının axarını mütəmadi izləyirik.

 

Müəyyən vaxtlarda bura baş çəkib idmançıların hazırlıq səviyyəsinin şahidi olur, gedişatla bağlı məşqçilərlə söhbət edirik. Problemləri həll edir, tövsiyələrimizi verir, bir kollektiv şəklində uğura doğru irəlilyirik. Əminik ki, qızlarımız bizi bütün yarışlarda uğurla təmsil edəcəklər”.

 

Tarix: 18 İyul 01:00    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.