Fransız hücumçu aldı - FOTO

Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq "Göztəpə" növbəti transferini rəsmiləşdirib. Sportinfo.az xəbər verir ki, İzmir təmsilçisi son olaraq İngiltərənin "Nyukasl" klubunda oynayan fransalı futbolçu Yoan Quffranı heyətinə qatıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, imzalama mərasimindən dərhal sonra İzmirdən birbaşa komandanın təlim-məşq toplanışında olduğu Avstriyaya yollanıb.

 

Quffran peşəkar karyerasına yetirməsi olduğu "Kan"da başlayıb. O, 2008-ci ildə doğma komandasını "Bordo"ya dəyişib. Fransız oyuncu bu komandada 4,5 mövsüm ərzində 140 çempionat oyununa çıxıb, üstəlik Çempionlar Liqası, Avropa Liqası və Fransa Kubokunda xeyli oyun keçirib.

 

O, bu müddətdə 1 dəfə Liqa 1-in və Fransa Kubokunun qalibi olub. 2012-ci ildə İngiltərəyə üz tutan Quffran "Nyukasl" ilə müqavilə bağlayıb. O, bu komanda ilə 88 Premyer Liqa, 39 Çempionşip matçında meydana çıxıb. Təcrübəli hücumçu 2016/17 mövsümünü çempion olaraq başa vuran və Premyer Liqaya qayıdan "Nyukasl"ın uğurlarında böyük pay sahibi oldu.

Tarix: 17 İyul 21:00    Oxunub: 351    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.