Milan "İnter"i prezidentsiz qaldı, Bakı "İnter"i sədrini dəyişəcək?

Milan "İnter"inin prezidenti Erik Tohir bu postu tərk edəcəyini açıqlayıb. O, bunu digər işlərinin çoxluğu ilə əlaqələndirib:


"İnter" ciddi klubdu. Bu qədər azarkeşinin olması da təəccüblü deyil. İndi mənim baş məşqçi ilə mütəmadi ünsiyyətdə olmağa vaxtım yoxdu. Sadəcə, müxtəlif məsələlərlə bağlı məsləhətlər verə bilirəm". 


İndoneziyalı biznesmen 2013-cü ilin oktyabr ayında Milan təmsilçisinin 70 faizlik aksiyalarını satın almaqla rəsmən "İnter"in sahibinə çevrilmişdi.


Eyni hal Bakı "İnter"ində də baş verə bilər. İki aya yaxındı paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri olan Zaur Axundov SOCAR və AFFA rəhbərliyi ilə görüşərək, klubun çoxsaylı problemlərindən şikayətlənib, tezliklə vəzifəsindən ayrıla biləcəyinə işarə vurub.

 

"Aqrarkredit"in onları "İnter Arena"dan çıxarması Axundov üçün o dərəcədə gözlənilməz olub ki, hətta neft şirkətinin klubun yeni mövsüm üçün büdcəsini təsdiqləməsi də narahatlığı tam aradan qaldırmayıb (Sportinfo.az).

Tarix: 17 İyul 19:36    Oxunub: 331    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.