Mourinyo: "Mənə görə, onlar bizim üçün vacib oyunçulardı”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo klubla müqavilə müddətini uzadan qolkiper Serxio Romero barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis klubun saytına açıqlamasında həm Romeronun, həm də mankunianların digər qolkiperi David De Xeanın onlar üçün vacib oyunçu olduğunu deyib:

 

“Serxio möhtəşəm qapıçı və əsl peşəkardı. O, klubda yaxşı mövsüm keçirdi və Avropa Liqasını qazanmağımızda mühüm rol oynadı. Mənə görə, onlar bizim üçün vacib oyunçulardı”.

 

2015-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyan Romero, son mövsümdə 12-si Avropa Liqasında olmaqla, ümumilikdə 16 oyunda şans qazanıb. Yeni müqaviləyə əsasən, 30 yaşlı qolkiper 2021-ci ilə kimi “Mançester Yunayted”in üzvü olacaq.

Tarix: 17 İyul 19:24    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.