"Bunu bir adamın etməsi lazım idi, mən öz üzərimə götürdüm"

Ötən mövsümün gedişində “Bursaspor”dan kənarlaşdırılan Dəniz Yılmazın bağışlanmasından məlumatlısız. Sportinfo.az xəbər verir ki, baş məşqçi Pol Le Quen ötən mövsümün gedişində intizamsızlığa görə düşərgədən kənarlaşdırılan millimizin hücumçusunun komanda ilə məşqlərə başlayacağını bildirib:


Fransalı mütəxəssis yığmamızın üzvünün  onlara fayda verəcəyini düşündükləri üçün belə bir addım atıblar. O, Yılmaza yeni mövsümdə uğurlar diləyib: “Dəniz Yılmaz bizim üçün faydalı ola biləcək oyunçudu. Daha əvvəl klubla onun arasındakı problemin çözülməsinin çətin olduğunu söyləmişdim.

 

Lakin bu andan etibarən keçmiş keçmişdə qaldı. Klubun maraqları hər şeydən üstündü. Dəniz bu gün komanda ilə birgə məşqə çıxacaq. Əminəm ki, o da keçmişdə olanları unudaraq, komandaya fayda vermək üçün əlindən gələnin ən yaxşısını edəcək. Mən öz tərəfimdən məsuliyyəti üzərimə götürdüm. Bunu bir adamın etməsi lazım idi.

 

Dənizin komandaya qatılmasını istədim. “Bursaspor”un maraqları üçün doğru bir qərar olduğuna ümid edirəm. Yılmaza uğurlu mövsüm arzulayıram. Avstriyaya çoxlu sayda yoxlama oyunu keçirmək üçün gəlmişik. Komandanın ritmi tutması üçün bunun önəmli olduğunu düşünürəm. Bu gün icazə vaxtı bitən Behiş və Dəniz geri döndülər. İkisi də yaxşı mövsüm keçirəcəklər və komandaya uyğunlaşacaqlar.

 

Dənizə yeni bir transfer gözü ilə baxa bilərik. Bir neçə gün öncə mətbuat konfransında Dənizlə klub rəhbərliyi arasında problemlərin həll edilməsinin çətin olduğunu demişdim. Doğrudan da, çox çətin idi. Hazırda bizim üçün ən əsas olan şey qarşılıqlı anlaşmadı. Bunu da ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq və bundan sonra da çalışacağıq. Ümid edirəm, komandanın mənafeyi baxımından düzgün qərar olacaq”.

Tarix: 17 İyul 19:00    Oxunub: 241    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.