Qurbanov tapşırdı: "Elə zənn edin ki, Bakıda 5:0 hesabıyla qalib gəlməmişik" - FOTOLAR

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində sabah “Samtredia”nın qonağı olacaq. Ağdam təmsilçisi bu gün Gürcüstanda son məşqinə çıxacaq. 

 

Belə ki, Bakı vaxtı ilə saat 20:00-da Azərbaycan çempionu qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

Bundan 30 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanov mətbuat konfransında suallarını cavablandıracaq.
Matç sabah saat 21:00-da start götürəcək. İlk görüşdə 5:0 hesabıyla qalib gələn Azərbaycan çempionu Tbilisiyə əmin-arxayın yollanmayıb.

 

Səfər boyu futbolçularla praflaktik söhbət edən Qurbanov onlardan diqqətli olmağı, final fitiənədək başqa şeylər barədə düşüqməməyi istəməklə kifayətlənməyib. O, gürcülərin doğma azarkeşləri önündə aqressiv mübarizə aparacağını, bir çox hallarda kobudluq etməkdən çəkinməyəcəyinə dair xəbərdarlıq edib.

 

Təcrübəli mütəxəssis tribunaların dolacağına diqqət çəkərək, komandasının üzvlərinə "12-ci oyunçu"ya fikir verməmələrini tapşırıb. Qurban bəy bu göstərişlə Tbilisidə yaşayan ermənilərin stadionda təxribat yaratmaq ehtimalını nəzərə alıb. 


Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start veriləcək. Ayın 18-də isə Albaniyada baş tutacaq “Kukesi” – “Şerif” duelinin qalibi “Qarabağ”a rəqib olacaq. 

 

Moldovada 1:0 hesabı ilə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Q.Qurbanov Albaniyadakı görüşün qalibi barədə fikirləşməyi düzgün hesab etmir.

 

O, "Samtredia"dan olan həmkarı Gia Tsetsadzenin "bizim hələ mərhələ keçmək şansımız var" bəyanatını futbolçularına xatırladaraq, "Tbilisidə istənilən nəticə qeydə alına bilər. Biz diqqətli və ehtiyatlı olmalıyıq. Elə zənn edin ki, Bakıda 5:0 hesabıyla qalib gəlməmişik. İndidən növbəti mərhələ haqqında fikirləşməyə başlasaq, xoşagəlməz hallarla qarşılaşa bilərik" (Sportinfo.az).

 

Tarix: 17 İyul 18:48    Oxunub: 570    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.