Komitə sədri: "Bu məbləğ FİFA ilə çoxdan razılaşdırılıb"

Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyununa ən ucuz bilet 1280 rubl (hazırkı kursla 37 manat) olacaq. Sportinfo.az-ın məlumatına görə, bu barədə "Rusiya-2018" təşkilat komitəsinin sədri Aleksey Sorokin açıqlama verib. 


A.Sorokin bildirib ki, bu məbləğ FİFA ilə çoxdan razılaşdırılıb. O, ali futbol qurumundan belə biletlərin sayını çoxaltması xahişi etdiklərini söyləyib: "İstərdik ki, öz vətəndaşlarımız mümkün qədər çox bilet ala bilsinlər. Hazırda bununla bağlı danışıqlar aparırıq". 


DÇ-2018 gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Dördüncü (ən ucuz) kateqoriyalı bilet əldə etmə hüququna təşkilatçı ölkə vətəndaşları malikdirlər. Konfederasiyalar Kubokununda qrup mərhələsinin oyunlarına belə biletlər 960 rubla olub. Qalib adını Almaniya qazanıb.

Tarix: 17 İyul 18:24    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.