"Diqqəti “Qəbələ”yə vermişik"

“Qəbələ”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Yagelloniya” Polşa çempionatının ilk turunda “Termalika” üzərində səfər qələbəsi (1:0) qazanıb. Sportinfo.az xəbər verir ki, matçdan sonra “Yagelloniya”nın yarımmüdafiəçisi Taras Romançuk fikirlərini bildirib.

 

O, “Qəbələ” ilə cavab qarşılaşmasına da toxunub. Ukraynalı legioner hədəflərinin uğurlu startın davamını gətirmək olduğunu söyləyib: “Yorucu Azərbaycan səfərindən sonra çətin oyun oldu. Buna baxmayaraq, Belostoka qalibiyyətlə dönməyi bacardıq.

 

Avrokuboklarda çox oyunda iştirak etmirik. Buna görə də beynəlxalq arenadakı hər matçın qiymətini bilməliyik. Avrokubokda yaxşı çıxış etmək üçün bütün gücümüzü meydanda qoymalıyıq.

 

İndi diqqətimizi ayın 20-də “Qəbələ”yə qarşı keçirəcəyimiz matça yönəltmişik. Avropa Liqasına qələbələrlə başladıq. Azərbaycan səfərindən sərfəli nəticə ilə döndük və üstəlik, ölkə çempionatına uğurlu start götürdük. Bu ənənənin davamını gətirmək istəyirik”.

Tarix: 17 İyul 18:12    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.