"Ona bizdən daha artıq pul ödəyə biləcək klublar var"

Dortmund “Borussiya”sının idarə heyətinin sədri Hans-Yoahim Vatske komandanın hücumçusu Pyer-Emerik Obameyanq barədə danışıb.

 

“Borussiya” Obameyanqın transfer qiymətini 70 milyon avro olaraq təyin edib. Hücumçunun xidmətində “Milan” və “Çelsi” maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında qabonlu hücumçunu heyətində görmək istəyən klubların tez bir müddətdə Dortmund təmsilçisiylə danışıqlara başlamalı olduqlarını bildirib:

 

“Mən şəxsən Obameyanqın komandada qalmasının tərəfdarıyam. Ancaq ona bizdən daha artıq pul ödəyə biləcək klubların olduğu da hamıya bəllidi.

 

Bu klublar Obameyanq üçün təyin etdiyimiz transfer haqqını ödəməyə hazırdılarsa, danışıqlara dərhal başlaya bilərik. Əks halda, bu məsələ bağlanacaq. Obameyanqa alternativ hücumçu almaq vaxtmız qalmasa, onu göndərə bilmərik”.

Tarix: 17 İyul 17:36    Oxunub: 200    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.