Azərbaycan millisinin bağışlanan futbolçusu: "Mənim də, mənə qarşı edilən səhvlər də oldu"

“Bursaspor”un rəhbərliyi tərəfindən bağışlanan Azərbaycan millisinin futbolçusu Deniz Yılmaz Avstriyada təlim-məşq toplanışında olan əsas komandanın məşqinə qatılıb. Sportinfo.az xəbər verir ki, bu gün baş tutan məşqdən öncə 29 yaşlı hücumçunun iştirakı ilə brifinq keçirilib.


Deniz Yılmaz son mövsümün gedişində "Bursaspor"un əsas komandasından kənarlaşdırılıb. O, əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırılıb. Forvard yenidən azarkeşlərin sevgisini qazanmaq üçün əlindən gələni edəcəyini bildirib:

 

"Dönüb geriyə baxan ve özünə tənqidi yanaşan hər kəs yeni bir şansı, yeni bir başlangıcı haqq edər. Keçmişdə qalmağın heç kimə fayda verməyəcəyini düşündüm. Bu forma üçün savaşmaq istədim və baş məşqçimiz də mənə bu şansı verdi. Bəli, hamı kimi mənim də səhvlərim oldu.

 

Mənə qarşı edilən səhvlər də oldu. Amma əsas məsələ bir-birimizi anlamaqdı. Mən azarkeşlərimizi başa düşürəm. "Bursaspor"a fayda vermək istədiyimi onların da anlamalarını və xoşagəlməz olayların ardından mənə anlayış göstərmələrini gözləyirəm.

 

Baş məşqçi və komanda yoldaşlarıma mənim yenidən onlarla bərabər olmağımı istədikləri üçün təşəkkür edirəm. Geriyə dönüş hekayəsinin qapısını onlar açdılar və o qapıdan girdiyim andan etibaren yeganə düşüncəm azarkeşlərimizi məmnun edəcək nəticələrdə rol oynamaq və qısa müddətli ayrılıqdan sonra yenidən onların könlünü qazanmaqdı”.

Tarix: 17 İyul 17:24    Oxunub: 219    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.