O, qərarını verdi, Rəşad Sadıqov hələ də fikirləşir…

İspaniya millisinin sabiq futbolçusu Migel Peres Kuesta - Miçu karyerası haqda önəmli qərar qəbul edib. Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını başa vurub.

 

Son olaraq "Real Oviedo"da çıxış edən futbolçu əvvəlki formasından uzaq qaldığı üçün bu addımı atıb. Miçu "Suonsi Siti" klubunda məşhurlaşmışdı.

 

Ulduzu parlayan futbolçu 2013-cü ildə İspaniya yığmasına da dəvət almış və bir oyun keçirmişdi. Miçunun "Napoli"dəki karyerası isə uğursuz alınıb. Ciddi zədə alan forvard keçmiş günlərinə heç cür qayıda bilmədi.

 

Tarix: 17 İyul 17:00    Oxunub: 576    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.