"Neftçi" 10000 dollardan az təklif etdi, bu klubla qol çəkdi

Millimizin müdafiəçisi Pavel Paşayevin yeni komandasının adına aydınlıq gəlib. Sportinfo.az Ukrayna mətbuatına (sportarena.com) istinadən xəbər verir ki, "Stal"la yollarını ayıran həmyerlimiz karyerasını “Aleksandriya”da davam etdirəcək.

 

Ukrayna Premyer Liqasında mübarizə aparan klubla sözləşmə imzlayan 29 yaşlı futbolçunun müqaviləsinin detalları barədə açıqlama verilməyib. “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə” – “Astra” cütünün qalibi olə qarşılaşacaq.

 

Bu isə o deməkdi ki, təmsilçimiz mərhələni adlayarsa, Paşayev ölkəmizə rəqib qismində təşrif buyuracaq. O, yeni komandasına havayı başa gəlib. Çünki iyulun 2-də “Stal”la yollarını ayırmış və azad agent statusu almışdı. Paşayev bunun üçün 4 aylıq maaş borcunu onlara bağışlayıb.


Halbuki Pavelin son dəqiqəyədək "Aleksandriya”ya yox, "Neftçi"yə üz tutacağı gözlənilirdi. Bakılıların baş məşqçisi Elxan Abdullayev də yığmadan yaxşı tanıdığı müdafiəçinin xidmətində maraqlı olduğunu açıqlamışdı. Yox, o, fikrini dəyişməyib.

 

Məsələ ondadı ki, Paşayev "Neftçi"nin müqavilə şərtləri ilə razılaşmayıb. Paytaxt təmsilçisi ona aylıq 10000 dollardan az maaş təklif edib. Müqayisə üçün deyək ki, Pavel 6 ay formasını geyindiyi "Qəbələ"dən 5000 dollar məvacib alırdı.

Tarix: 17 İyul 16:36    Oxunub: 713    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.