FOTO - "Sevilya”nın braziliyalı müdafiəçisi Azərbaycan yolunda?

“Qalatasaray” heyətini yeni futbolçuyla gücləndirib. Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Sevilya”nın braziliyalı müdafiəçisi Marianonu heyətinə cəlb edib.

 

Türkiyə mətbuatında yer alan xəbərə görə, 31 yaşlı futbolçu artıq İstanbula gəlib. Brazilyalı müdafiəçi bu gün “cim-bom”la rəsmi müqavilə bağlayacaq. “Qalatasaray” onun üçün “Sevilya”ya 5 milyon avro ödəyib. Sağ cinah müdafiəçisi 2015-ci ildən “Sevilya”nın uğurları üçün çalışırdı. O, son mövsümdə 43 oyunda şans qazanıb.

 

“Qalatasaray” Avropa Liqasında Bakı “İnter”inin potensial rəqibidi. “Aslanlar” 2-ci təsnifat mərhələsinin ilk oyununda 0:2 hesabıyla məğlub olduğu İsveç “Ostersun”unu keçəcəyi təqdirdə, növbəti mərhələdə təmsilçimizlə qarşılaşa bilər. Bunun üçün “İnter” də ilk oyunda 1:0 hesabıyla məğlub etdiyi “Fola” ilə cavab oyunundan üzüağ ayrılmalıdı.

Tarix: 17 İyul 16:00    Oxunub: 781    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.