ZAUR: "Qalatasaray”ı Bakıya gətirmək istərdim” - NİYYƏT TUTDU

“İnter” Lüksemburqda da öz oyun üslubuna sadiq qalacaq. Evdə “Fola Eş”i 1:0 hesabı ilə məğlub etsək də, səfərdə müdafiədə oturmaq fikirmiz yoxdu”. 


Sportinfo.az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində “Fola Eş” ilə cavab oyununu dəyərləndirərkən deyib. 

 

59 yaşlı mütəxəssis bildirib ki, “İnter” Lüksemburqa bu gecə yola düşəcək. O, komandada heyətlə bağlı problemin olmadığını söyləyib: “Cavab görüşü üçün hazırlığımızı tamamlamışıq. Bu gecə səfərə çıxacağıq.

 

Heyətdə zədəli futbolçu yoxdu. Oyunun mahiyyətini yaxşı anlayırıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Müdafiəyə aludə olmaq fikrində deyilik. Əlbəttə, ilk növbədə qapımızı toxunulmaz saxlamalıyıq. Lakin vuracağımız bir qol həlledici ola bilər” (report.az).


İyulun 20-də keçiriləcək "Fola Eş" - "İnter" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Püşkə əsasən, “İnter” “Fola Eş” səddini keçəcəyi halda III təsnifat mərhələsində "Ostersun" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

 

Z.Svanadze növbəti rəqib kimi İstanbul təmsilçisini arzuladığını dilə gətirib: “İndidən nəsə demək tezdi. Çünki özümüz hələ növbəti mərhələyə vəsiqəni təmin etməmişik. Həmçinin kiminlə rəqib olacağımız da bilinmir.

 

“Qalatasaray” səfərdə 0:2 hesabı ilə uduzub. Evdə keçirəcəkləri cavab görüşü asan olmayacaq. Bu komandanın Azərbaycanda çoxsaylı azarkeşlərinin olduğunu bilirəm. Mən də növbəti rəqibimizin “Qalatasaray” olmasını istərdim”.

Tarix: 17 İyul 15:48    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.