“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində potensial rəqibi olan “Panatinaikos” hücum xəttini gücləndirib. Sportinfo.az xəbər verir ki, Yunanıstan klubu İtaliya “Atalanta”sının forvardı Brayan Kabezasla anlaşıb.
“Panatinaikos” Ekvador millisinin 20 yaşlı hücumçusunu İtaliya təmsilçisindən bir illik icarə əsasında heyətinə qatıb. Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Yagelloniya” - “Qəbələ” cütünün qalibi 3-cü mərhələdə “Panatinaikos”la mübarizə aparacaq. “Qəbələ” Bakıdakı ilk oyunda “Yagelloniya” ilə “sülh bağlayıb” - 1:1.