VİDEO - Samir Abasov futbolçuları suyun içinə saldı

2017/18 futbol mövsümünə Türkiyədə hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün yollandığı Boluda bu gün ilk yoxlama matçına çıxacaq.

 

Sportinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün Super Liqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gələcək. Hazırlığın 3-cü günündə baş tutacaq qarşılaşma Qızılcahamamda yerli vaxtla saat 18:00-da start götürəcək.

 

1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Webo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.

 

Tarix: 17 İyul 15:00    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.