"Komandam yorğundu, “Qəbələ” ilə matç çətin keçəcək"

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot danışıb. Sportinfo.az xəbər verir ki, “Yagelloniya” Polşa Ekstraklasasının 1-ci turunda səfərdə “Termalika” 1:0 hesabı ilə yensə də, o, yorğunluqdan şikayətlənib:


“Çətin oyun oldu. Futbolçularda yorğunluq hiss olunurdu. “Qəbələ” ilə çətin səfər matçından 2 gün sonra yenidən meydanda olduq. Üstəlik zədəlilərimiz də var. Üç gündən bir oyun keçiririk. Bu da öz təsirini göstərir.

 

Bu səbəbdən “Qəbələ” ilə oyunda çətin keçəcək. Gizlətmirəm, bizim üçün çox çətin oyun alındı. Azərbaycandan döndükdən bərpaya vaxt olmasa da, cəmi 2 gün sonra meydana çıxdıq və qələbə qazandıq".


“Yagelloniya” Bakıda “Qəbələ” ilə 1:1 edib. Bu cütün cavab qarşılaşması iyulun 20-də keçiriləcək: “Azərbaycanda keçirilən qarşılaşmadakı heyətdə 5 dəyişiklik etdim. Eyni oyunçularla mübarizə aparmaq mümkün deyil. Zədəli futbolçuların tezliklə sıraya dönməsi işimizi asanlaşdırar.

 

Rafal Qjib və Karol Sviderski artıq fərdi məşqlərə başlayıblar. Ancaq onların bizə qoşulmaları üçün bir qədər gözləməliyik. Bu problemləri nəzərə alsaq, “Qəbələ” ilə matç çətin keçəcək. Çünki “Termalika” ilə oyunun gedişində bəzi oyunçuların yorulduğunu müşahidə etdim”.

 

Tarix: 17 İyul 14:48    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.