"Qarabağ": 15 dəqiqə vaxt verdi - Qurbanov cavablandıracaq

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

 

Sportinfo.az xəbər verir ki, bu gün saat 19:30-da "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Tiflisdə media mənsublarının suallarını cavablandıracaq.

 

Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq.

 

Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. “Samtredia” - “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin 5:0 hesablı qələbəsiylə nəticələnib.

Tarix: 17 İyul 14:24    Oxunub: 297    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.