Elvinin gecə klubunda vurduğu qız sevgilisi imiş - FOTO

Gecə klubunda sevgilisini döydüyü deyilən boks üzrə dünya çempionu Elvin Məmişzadə hadisəyə münasibət bildirib. Sportinfo.az xəbər verir ki, “qafqazinfo”ya açıqlama verən E.Məmişzadə yazılanları təkzib edib:

 

“Belə məlumatları dəqiqləşdirib sonra yaymaq lazımdı. Camaat da mənə ağzına gələni yazır. Mən bir-bir onlara cavab verəsi deyiləm. Mən dünən gecə klubda yox, evdə olmuşam. Evdə-eşikdə olan adamam, nə klub, mən kluba getmirəm”. 

 

E.Məmişzadə döyülən qızın adından yayımlanan açıqlamanı da yalan adlandırıb: “Kiminsə uydurmasıdır, mənim xəbərim yoxdur, vurmamışam”.

 

Yenicag.az isə qızın açıqlamasını yayıb: “Başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm.

 

O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq. Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”.

Tarix: 17 İyul 14:12    Oxunub: 751    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.