“Kəpəz”də ÜÇ MUŞKETYOR

Türkiyədə çalışmaları davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. Sportinfo.az xəbər verir ki, söhbət əcnəbi oyunçulardan gedir. 

 

Ərzurumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

 

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidi.

 

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib.

Tarix: 17 İyul 14:00    Oxunub: 344    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.