VİDEO: Qadın yığması Astarada təlim-məşq toplanışında

Azərbaycanın ağırlıqqaldırma üzrə qadınlardan ibarət yığma komandası Astarada təlim-məşq toplanışındadı.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Sportinfo.az-a verilən məlumata görə, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.


Milli komandanın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. 22 – 30 sentyabrda Kosovada keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15 - 22 oktyabrda Albaniyada təşkil olunacaq gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.


Astaradakı çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

 

Tarix: 17 İyul 13:48    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.