Xuan Barrera “Qarabağ”la razılaşsa da… KLUBU BURAXMIR

“Qarabağ” Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. Bu iddia elnuevodiario.com.ni saytına məxsusdu. Sözügedən portalın iddiasına görə, Ağdam təmsilçisi hazırda “Komunikasyones”də forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir. “Qarabağ”ın nikaraqualı üçün Qvatemala klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.


Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” yay fasiləsində Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski (Şaxtyor, Ukrayna), Yakub Jezniçak ("Legiya", Polşa) və Donald Gerryeri ("Alanyaspor", Türkiyə) heyətinə qatıb.

 

Nikaraqu yığması ilə 42 oyuna çıxıb, 10 qol vuran Xuan Barrera daha əvvəl ölkəsində “Real Esteli”, “Valter Ferretti”, Panamada “Tauro”, Venesuelada “Deportivo Petare”, Avstriyada “Villa Austria” və “Altax”ın formasını geyinib.               

 

Yarımmüdafiənin hər iki cinahında, eləcə də hücumun sivri ucunda oynamağı bacaran Barreranın əsl mövqeyi sol cinahdı. Tam adı Xuan Ramon Barrera Peres olan oyunçu hazırkı klubuna ötən ilin yanvarında Avstriya “Altax”ından keçib.


“Qarabağ“dan Sportinfo.az-a verilən məlumata görə, Xuan Barrera Azərbaycana gəlməyə razılıq verib. Bu, işin bir tərəfidi, hələ transferin baş tutması demək deyil. Problem “Komunikasyones”lə bağlıdı. Qvatemala təmsilçisi öncə bu keçidə etiraz etməsə də, hazırda başqa fikirdədi: onlar Barreranı düşərgələrində saxlamaq istədiklərini “Qarabağ”ın nəzərinə çatdırıblar. Odu ki. danışıqlar dalana dirənib.

Tarix: 17 İyul 13:12    Oxunub: 1005    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.